AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gülhüseyn Talıbov üçün özəl gün

  • + A
  • - A
  • 20-04-2024, 09:58

    Gülhüseyn Talıbov üçün özəl gün
    Masallı rayonunda tanınmış əczaçı, provizor-texnoloq, həkim hacı Gülhüseyn Talıbov bu gün 65 illik yubiley yaşını qeyd edir.

    Gülhüseyn Rükab oğlu Talıbov 20 aprel 1959-cu ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olub.
    1966-cı ildə Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı orta məktəbin 1-ci sinifinə gedib. 1976-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirib.
    1977-ci ildə Nəriman Nərimanov adina Tibb İnstitunun Əçzaciliq fakultəsinə daxil olub. 1982-ci ildə ATİ-nun Provizor-texnoloq ixtisası üzrə məzunu olub. Həmin il təyinatla Masallı şəhəri 595 nömrəli Mərkəzi Aptekində Provizor-texnoloq vəzifəsində çalışmağa bəşlayıb.
    1985-ci ildə Masallı şəhər 320 nömrəli aptekinə provizor-texnoloq vəzifəsinə təyin edilərək 1994-cü ilə kimi orada işləyib.
    18 may 1994-cü il tarixindən Masallı şəhərində yeni yaradılan 916 nömrəli müstəqil balansa malik aptekə cavabdeh şəxs – müdir vəzifəsinə təyin edilir.
    Gülhüseyn Talıbov dərman bitkilərinin toplanması, yığılması, qurudulması və düzgün istifadəsini öyrənmək üçün Gürcüstanın Batumi, Suxumi, Kobuleti şəhərlərində təcrübə sahələrində və bir aylıq seminarda iştirak edib.
    Masallıda fəaliyyət göstərən “Çağırış” qəzetində və ölkə mətbuatında mütəmadi olaraq dərman bitkiləri haqqında məqalələri çap olunub. Həmin məqalələrdə itburnu (dərgil, quşburnu), kəklikotu, solmaz çiçək, gicitkən və başqa dərman bitkilərinin becərilməsi, yığılması, tədarükü, qurudulması, eləcədə istifadəsi haqqında geniş məlumatlar verilib.
    Cənub bölgəsində Səhiyyə ilə bağlı keçirilən əksər tədbirlərdə fəal iştirak edib.
    Gülhüseyn həkim 1998-2003-cü illərdə Masallı şəhərində fəaliyyət göstərən “Farm-Qafur” firmasının direktoru vəzifəsində çalışıb.
    Talıbovlar əksər boradigahlılar kimi dinə bağlı, islam ehkamlarına yaxşı bələd olan ailədir. Gülhüseyn həkim Məşhəd, Kərbəla, Həcc kimi müqəddəs ziyarətlərdə olub.
    Gülhüseyn Talıbov həm də nümunəvi ailə başçısı, qayğıkeş ata, sevimli babadır. Onun iki qızı, bir oğlu, səkkiz nəvəsi var. Oğlu Vüsal Talıbov atasının yolunu davam etdirir. O, ali təhsilli əczaçıdır.
    Nəvələri Əbdulzadə Hüseyn Fuad oğlu İstanbul Texniki Universitetinin Kompüter mühəndisliyi fakultəsinin sonuncu kurs tələbəsi, Əbdulzadə Fatimə Fuad qızı ADA-nın məzunudur. O, “Turan” hüquq şirkətində hüquqşünas olaraq çalışır. Digər nəvələri isə məktəblidir və dərslərini əla qiymətlərlə oxuyurlar.
    Asiya.az olaraq yüksək əxlaqi keyfiyyətlərə malik insan - Hacı Gülhüseyn Talıbovu 65 illik yubiley yaşı münasibətilə təbrik edir, ömrünün uzun, canının sağlam olmasını arzu edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR