AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri Şamaxı rayonunda baş tutub

  • + A
  • - A
  • 25-04-2024, 08:10

    İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri Şamaxı rayonunda baş tutub

    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
    Bu istiqamətdə İnstitutun növbəti səfəri Şamaxı şəhərinə olub. Şamaxı Rayon İcra Hakimiyyəti və Aİİ-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
    Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə mövcud dövlət–din münasibətlərindən bəhs edib. Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət–din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. R.Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, dini maarifləndirmənin əhəmiyyətindən danışarkən cəmiyyətin, xüsusilə gənc nəslin məzhəbçilikdən uzaq, multikutural və tolerant mühitdə yetişməsinin vacibliyinə toxunub.
    Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev Şamaxı rayonundan olan abituriyentlərin uğurlarından danışıb. Təhsilin inkişafının dövlətin diqqət mərkəzində olduğunu qeyd edən R.Əliyev Prezident cənab İlham Əliyevin, I Vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə olan xüsusi diqqət və qayğısına diqqət çəkib.
    R.Əliyev dinin doğru və düzgün formada öyrənilməsinin vacib olduğunu bildirib, Azərbaycan İlahiyyat İnstitutunun dini təhsil sahəsində önəminə diqqət çəkib.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Elnur Mehdiyev təmsil etdiyi qurumun tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsində yaradılan şərait barədə söhbət açıb.
    E.Mehdiyev dövlət–din münasibətlərindən bəhs edib, Azərbaycanda din xadimlərinin, dini ibadət yerlərinin dövlət başçımız cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
    Aİİ rektoru, dosent Aqil Şirinov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu sahədə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xətti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Rektor vurğulayıb ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində də nümunəvi ölkəyə çevrilib.
    Rektor ali təhsil müəssisəsi haqqında geniş məlumat verərkən vurğulayıb ki, İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətləri hökm sürür. Ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.
    A.Şirinov İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar barədə ətraflı məlumat verib. Aİİ-də təhsilin bütün pillərləri üzrə tədris həyata keçirildiyini qeyd edən rektor İnstitutda yaxşı oxuyan tələbələrin mübadilə proqramları vasitəsilə xaricdə təhsillərini davam etdirdiklərini vurğulayıb.
    A.Şirinov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov başda olmaqla rəhbərlik etdiyi kollektivə, eləcə də Dağlıq Şirvan Regional Təhsil İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə dərin təşəkkürünü bildirib.
    Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. İnstituta qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. E.Orucov xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı, Yay və Qış məktəbləri haqqında da ətraflı danışıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR