AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd olunub

  • + A
  • - A
  • 25-04-2024, 10:29

    18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd olunub

    18 Aprel 2024-cü il tarixində Gəncə Qala Qapıları-Arxelogiya və Etnoqrafiya Muzey Abidə Kompleksində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Mədəni İrsin Qorunması Bərpası və İnkişafı Xidmətinin Gəncə Regional Bölməsinin dəstəyi ilə "18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" qeyd olunub.

    Tədbirdə, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal İbrahimov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Mədəni İrsin Qorunması Bərpası və İnkişafı Xidmətinin Gəncə Regional Bölməsinin baş məsləhətçisi Xəlil İbrahimov, şagirdlər, ziyalılar və şəhər ictimaiyyəti iştirak ediblər.

    Tədbirdə Gəncənin qədim tarixi abidələri haqqında məlumatlar verilib və sərgilər nümayiş olunub. Daha sonra əl işlərini nümayiş edən iştirakçılara diplomlar verilib. Sonda da isə tədbir konsert proqram ilə yekunlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR