AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Leytenant Teymur Abbasovun xatirəsinə həsr olunmuş roman nəşr olunub - FOTO

  • + A
  • - A
  • 4-05-2024, 17:35

    Şəhid Leytenant Teymur Abbasovun xatirəsinə həsr olunmuş roman nəşr olunub -


    Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, şərqşünas-tərcüməçi Teymur Abbasovun xatirəsinə yeni roman həsr olunub.

    Azadmedia.az xəbər verir ki, “Cənab leytenant” adlı romanın müəllifi şərqşünas-yazıçı Əli Rzazadədir.

    Əsərdə şəhidin həyatından və döyüş yolundan bəhs olunur, eləcə də uzun illər düşmən işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda göstərdiyi fədakarlıqdan, şücaətdən və qəhrəmanlıqdan söz açılır.

    Kitabın yaxın günlərdə təqdimat mərasiminin keçiriləcəyi gözlənilir.

    Qeyd edək ki, Teymur Abbasov İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub. Teymur Abbasov şəxsi igidliyinə, cəsarətinə, fədakarlığına və şücaətinə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

    Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əli Rzazadə şərq dilləri (ərəb və fars) üzrə mütəxəssisdir. “Cənab Leytenant” müəllifin sayca yeddinci kitabıdır. Bundan öncə “Sonsuz”, “Yağış”, “Səmaya qayıdan yazı” romanlarını, “Nurdan Zərrələr”, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi” və “Onun hekayəsi” adlı əsərlərini oxucu auditoriyasına təqdim edib. Müəllifin ərəb dilində qələmə aldığı “Xocalıya ədalət” adlı əsəri Xocalı həqiqətlərini əks etdirən ilk ərəb dilində nəşr edilmiş kitab olaraq bir neçə ərəb ölkəsində təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR