AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib

  • + A
  • - A
  • 7-05-2024, 11:57

    İsrail Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib

    İsrail ordusu Qəzza zolağında Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib.

    Bu barədə İsrail ordusu məlumat yayıb.

    Məlumata görə, İsrail HƏMAS-ın 150-dən çox obyektini məhv etməklə Rəfah keçid məntəqəsinə nəzarəti ələ keçirib.

    Qeyd edək ki, İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatın davam etdirilməsi barədə qərar qəbul edib.

    "İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək", - Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR