AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu il ali məktəblərə qəbul olmaq istəyənləri nə gözləyir?

  • + A
  • - A
  • 7-05-2024, 17:27

    Bu il ali məktəblərə qəbul olmaq istəyənləri nə gözləyir?


    Mart ayının 3-ü və 10-keçirilən buraxılış imtahanlarından sonra 53 nəfərin 300 bal toplaması valieyin, şagird və abituriyentlər arasında ciddi ajotaja səbəb olmuşdu.

    Dünən axşam ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə qəbulu başa çatdı və ixtisas qrupları üzrə sənəd verənlərin sayı vəziyyətin təhlükəli olmadığını göstərdi.

    Belə ki, bu il I ixtisas qrupu üzrə 30134 abituriyent ərizə verib. Keçən il bu rəqəm 28864 nəfər idi ki, bu da 1274 nəfər artım deməkdir. Keçən il I ixtisas qrupu üzrə 18.386 plan yeri ayrılmışdı. Heç kim Narahat olmasın ki, 12 mindən çox abituriyent “kəsiləcək”. Bu yanlış yanaşmadır. I ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Keçən il bu 28864 nəfərdən 10882 nəfər 200-dən çox bal toplamışdı.

    2024-cü ildə II ixtisas qrupu üzrə 23950 abituriyent ərizə verib. Keçən il bu rəqəm 23171 nəfər idi ki, bu da 781 nəfər artım deməkdir. Keçən il I ixtisas qrupu üzrə 13.285 plan yeri ayrılmışdı. Heç kim Narahat olmasın ki, 11 mindən çox abituriyent “kəsiləcək”. Bu yanlış yanaşmadır. II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Keçən il 23171 nəfərdən cəmi 6803-nəfər 200-dən çox bal toplamışdı ki, bu da 2-ci qrupda hər kəsin az balla ali məktəbə qəbuluna imkan vermişdi.

    Bu il III ixtisas qrupu üzrə 25139 abituriyent ərizə verib. Keçən il bu rəqəm 22149 nəfər idi ki, bu da 2987 nəfər artım deməkdir. Keçən il III ixtisas qrupu üzrə 16.067 plan yeri ayrılmışdı. Heç kim Narahat olmasın ki, 8 mindən çox abituriyent “kəsiləcək”. Bu yanlış yanaşmadır. III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. Keçən il 22149 nəfərdən 14635 nəfər 200-dən çox bal toplamışdı. Bu il də belə bir rəqəmə yaxın olacaq.

    2024-cü ildə IV ixtisas qrupu üzrə 5925 abituriyent ərizə verib. Keçən il bu rəqəm 5574 nəfər idi ki, bu da 352 nəfər artım deməkdir. Keçən il IV ixtisas qrupu üzrə 4100 plan yeri ayrılmışdı. Heç kim Narahat olmasın ki, 2 mindən çox abituriyent “kəsiləcək”. Bu yanlış yanaşmadır. I ixtisas qrupu üzrə 150-dən çox bal toplayan bütün abituriyetlər ali məktəbə qəbul ola biləcək. . Keçən il bu 5574 nəfərdən 3477-nəfər 200-dən çox bal toplamışdı.

    Nəzərə alsaq ki, bu il ali məktəblərin plan yeri artacaq, yeni ali təhsil müəssisələri fəaliyyətə başlayır, bu o deməkdir ki, tələbə adını qazanmaq çətin olmayacaq. Bu il də sənəd verənlər arsında müsabiqə şərtini ödəyənlərin sayında kəskin fərq olmayacaqdır.

    Kamran Əsədov
    ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR