AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADPU-nun Quba filialında Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

  • + A
  • - A
  • 7-05-2024, 17:44

    ADPU-nun Quba filialında Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında elm, ədəbiyyat və siyasət adamlarından ibarət geniş heyətin və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iştirakı ilə Azərbaycan - Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin açılışına baş tutub.
    Azadmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev Azərbaycan - Özbəkistan mədəni-ədəbi əlaqələrində böyük işlər görmüş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sözügedən layihənin həyata keçirilməsinə başlanan ilk günündən öz dəstəyini əsirgəmədiyini vurğulayıb. O bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan universitetləri və Özbəkistan-Azərbaycan dostluq cəmiyyəti ilə əlaqələrin qurulmasında mühüm rol oynayır.
    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iki qardaş ölkə arasında ədəbi-mədəni, elmi, təhsil əlaqələrinin genişlənməsində bu qəbildən olan layihələrin vacibliyindən söz açıb, belə bir mərkəzin qurulmasında xidməti olan bütün təşkilatlara və şəxslərə öz təşəkkürünü bildirib.
    Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqappor Qırğızbayev Azərbaycanın tanınmış təhsil ocaqlarının birində Özbəkistana aid belə bir mərkəzin yaradılmasını özbək xalqına qarşı olan böyük hörmət və sevginin təzahürü kimi qiymətləndirib. A.Qırğızbayev belə mərkəzlərin təkcə mədəni-ədəbi əlaqələrə deyil, həm də elm, təhsil sahəsində inteqrasiyalara zəmin yaradacağını vurğulayıb
    Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Bakı Slavyan Universitetinin rektoru professor Anar Nağıyev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və digər qonaqlar gələcəkdə iki qardaş ölkə arasında elm, təhsil, ədəbi-mədəni əlaqələr sahəsində görüləcək işlər, həyata keçiriləcək layihələrdən söz açıblar.
    Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Vüqar Mirzəyev mərkəzin layihəsi ilə Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatının tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Vüqar Mirzəyev sözügedən layihələr arasında Heydər Əliyevin 100 illiyi münasibətilə, eləcə də Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyətinə məxsus nəşrlərdən, danışıq və tərcümə kitabları, xatirə poçt markalarını və s. qeyd edib. Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çap edilən nəşr nümunələrindən ibarət kitab kolleksiyası, xatirə markaları yeni açılmış Azərbaycan - Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinə hədiyyə edilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR