AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qobustan rayonunda təlimlər başladı: Regionlarda qadınlarının sahibkarlıq fəaliyyətinin inkişafı - FOTOLAR

  • + A
  • - A
  • 1-07-2024, 13:08

    Qobustan rayonunda təlimlər başladı: Regionlarda  qadınlarının sahibkarlıq fəaliyyətinin inkişafı - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəyə start verdi.

    Layihənin ilk təlimi Qobustan rayonunda baş tutdu. Layihənin ideyası regionlarda qadınların sosial hüquqlarının qorunması, sahibkarlığın inkişafı üçün qadınların bilik və bacarıqlarının artırılması, sahibkarlıq mühitinin stimullaşdırılması təşəbbüslərinin dəstəklənməsidir.

    Qadın sahibkarlığı Azərbaycanda iqtisadiyyatında getdikcə daha əhəmiyyətli və dinamik inkişaf edən bir fenomenə çevrilir. Sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və maliyyələşdirilməsi üzrə proqramlar, o cümlədən ixtisaslaşmış klasterlərin və biznes inkubatorların, xüsusən də böyük şəhərlərdə yaradılması qadınlar arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında mühüm rol oynayır. Bu, ictimai rəydə də özünü göstərir: Azərbaycanlıların əksəriyyəti əmindir ki, bu gün kişi və qadınların biznesdə uğur qazanmaq şansları eynidir - 50%. Bizm araşdırmaya görə ancaq həmvətənlərimizin əhəmiyyətli bir hissəsi Azərbaycanda biznesin qadından daha çox kişi "sifətinə" sahib olduğuna inanır. Hər dördüncü qeyd edir ki, kişilərin şansı hələ də çox olur (25%), lakin həmvətənlərimiz deyirlər ki, qadınların şansı 5 dəfə azdır (5%). Bu uyğunsuzluq onu göstərə bilər ki, bütövlükdə qadın sahibkarlar cəmiyyətinin, o cümlədən populyar mədəniyyətdə və mediada az görünür və ya daha az təmsil olunurlar.

    Düşünürük ki, bu layihəni həyata keçirməklə biz Azərbaycanın regionlarında kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakı üçün yerli mühiti formalaşdıran imkanlara dair informasiya çatışmazlığını qismən aradan qaldıra bilərik.

    Bizm layihənin əsas məqsədi informasiyadan kənar qalmış qadınlarımızi sahibkarlıq sahəsində daha böyük iomkanlardan istifadə etmələrinə istiqamətləndirməkdir.

    Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı,İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınlarin iştirakı ilə həyata keçirilir.



    Südabə Şirəliyeva

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB

    cwmw_az_az@yahoo.com










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR