AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada BBC-nin arzuolunmaz təşkilat kimi tanınması istənilir

  • + A
  • - A
  • Dünən, 21:00

    Rusiyada BBC-nin arzuolunmaz təşkilat kimi tanınması istənilir

    Rusiyada Böyük Britaniyanın BBC teleradio şirkətini arzuolunmaz təşkilat kimi tanımaq üçün Baş Prokurorluğa müraciət edilib.

    Bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Andrey Alşevskix bildirib.

    “Hazırda mən Baş Prokurorluğa müraciət etmişəm ki, BBC-nin Rusiya Federasiyası ərazisində arzuolunmaz təşkilat kimi tanınması üçün əsaslar varsa, faktları nəzərdən keçirsinlər və qərar qəbul etsinlər”, - Alşevskix bildirib.

    Onun sözlərinə görə, bunun bir neçə səbəbi var. Bunlardan biri saxta məlumatların yayılması və Rusiya Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınmasıdır. Parlamentari bu media orqanının “Rusiyaya və Silahlı Qüvvələrə qara yaxdığını” vurğulayaraq, onları hərbi cinayətlərdə ittiham edib.

    Alşevskix digər səbəb kimi Rusiyanın hinterlandından mənfi görüntülərin yayılmasını göstərib. Onun sözlərinə görə, BBC bunu “hər şeyin pis olduğunu” göstərmək üçün edir.

    Alşevskix əlavə edib ki, digər nəşrlər, eləcə də Rusiya sakinlərinin özləri artıq BBC-nin analoji materiallarına diqqət yetiriblər və Baş Prokurorluğun cavabını gözləməyə çağırıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR