AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QƏZZADA UŞAQLAR SOYUĞA TAB GƏTİRMİR

  • + A
  • - A
  • Bu gün, 08:27


    QƏZZADA UŞAQLAR SOYUĞA TAB GƏTİRMİR

    Qəzza zolağında son 2 həftə ərzində azı 6 körpə hipotermiya - bədən temperaturunun həddindən artıq aşağı düşməsi səbəbindən vəfat edib.

    AzadMedia.az xəbər verir ki, bu barədə fələstinli tibb işçiləri xarici mətbuata xəbər verib.
    Qəzzada hazırda yüz minlərlə insan müvəqqəti atəşkəs şəraitində çadır düşərgələrində və müharibə nəticəsində zədələnmiş binalarda yaşayır.

    Son günlərdə temperatur kəskin şəkildə aşağı düşüb. Sahil boyu ərazidə qış ayları soyuq və rütubətli keçir, gecələr temperatur 10 dərəcə Selsi (50 F) altına enir və Aralıq dənizindən güclü fırtınalar əsir.

    Xan Yunis şəhərindəki Nəssər Xəstəxanasının uşaq şöbəsinin müdiri Dr. Əhməd əl-Farah Associated Press-ə bildirib ki, xəstəxana çərşənbə günü 2 aylıq qız körpənin cəsədini qəbul edib.

    Körpənin atası Yusif əl-Şinbari deyib ki, o, bazar ertəsi gecə saat 12 radələrində üç uşağına nəzarət edərkən kiçik qızının soyuqdan titrədiyini və burnundan qan axdığını görüb.

    Azyaşlı körpənin atası belə bir dəhşətli vəziyyətlə qarşılaşmasına baxmayaraq, həmin an əlindən heç bir şeyin gəlmədiyini və bunun anklavda uzun müddətdir davam edən faciələrin acı nəticələrindən biri olduğunu vurğulayıb.

    Ölənlərlə yanaşı, hipotermiyadan əziyyət çəkən çox sayda azyaşlının xəstəxanalarda müalicə olunduqları bildirilib.
    Həkimlərin sözlərinə görə, demək olar ki, hər gün tamamilə mavi rəngə boyanmış, bədən temperaturu 30 dərəcəyə qədər enmiş azyaşlılar xəstəxanaya gətirilir.

    Bildirilir ki, artıq 1 aydan çoxdur atəşkəs elan olunmasına baxmayaraq, yüz minlərlə insan öz evlərinə qayıda bilməyiblər, buna səbəb onların evlərinin müharibə ərzində tamamilə dağıdılmasıdır. Buna görə də, fələstinlilər bu soyuq havada əlverişsiz sığınacaqlarda qalmağa davam edirlər.
    Burada yanacaq, elektrik, qaz, istilik vasitələri yoxdur və ailələr şiddətli soyuğa məruz qalırlar

    Qəzzə Səhiyyə Nazirliyinin qeydlər şöbəsi bildirib ki, bu qış fəslində hipotermiyadan 15 ölüm halı qeydə alınıb və bunların hamısı uşaqlardır.
    İsrail və Həmas arasında 16 aydır davam edən müharibəni dayandıran Müvəqqəti atəşkəs humanitar yardımın artmasına şərait yaratsa da, sakinlər isti paltar, yorğan və odun kimi əsas ehtiyatların çatışmazlığı ilə üzləşirlər.

    Müharibənin ilk günlərindən bəri Qəzzədə mərkəzi elektrik yoxdur və generatorlar üçün yanacaq olduqca azdır. Bir çox ailələr nəm qumda və ya çılpaq beton üzərində bir yerdə toplaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR