AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

V.ZELENSKİ ABŞ-YƏ GEDƏCƏK

  • + A
  • - A
  • Bu gün, 08:31

    V.ZELENSKİ ABŞ-YƏ GEDƏCƏK

    ABŞ və Ukrayna çoxdan müzakirə olunan nadir qazıntılarla bağlı razılaşma əldə etməyə yaxındılar.
    AzadMedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə açıqlama verib.

    Tramp, ukraynalı həmkarının fevralın 28-də ABŞ-yə gələcəyini və bu səfərin yeraltı sərvətlərlə bağlı sazişi imzalamaq məqsədi daşıdığını bildirib.
    Ağ ev lideri bunu olduqa böyük və əhəmiyyətli müqavilə adlandırıb, həm Vaşinqton, həm də Kiyev üçün faydalı olacağını dilə gətirib.

    Üç yüksək səviyyəli Ukrayna rəsmisi ötən gün bildirib ki, Ukrayna və ABŞ nadir torpaq elementlərinin istifadəsini də əhatə edən geniş iqtisadi saziş üzrə çərçivə razılaşmasına gəliblər.
    Onlardan biri qeyd edib ki, Kiyev, bu sazişin imzalanmasının Ukraynanın təcili ehtiyac duyduğu ABŞ hərbi dəstəyinin davam etməsini təmin edəcəyinə ümid edir.

    Digər rəsmi isə qeyd edib ki, bu saziş Zelenski və Trumpa Ukraynaya davam edən hərbi yardımı müzakirə etmək üçün fürsət yaradacaq və məhz buna görə də Kiyev sazişi tezliklə məntiqi sonluğa çatdırmaq istəyir.

    ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskinin ABŞ-la Ukrayna arasındakı yeraltı sərvətlərlə bağlı müqaviləni imzalamasını gözləyir.
    ALA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə tərəflərin demək olar ki, razılığa gəldiyini və geriyə bu razılaşmanın rəsmiyyətə qovuşması qaldığını bildirib.

    "Bu müqavilənin imzalanması çox vacibdir. O prezident Zelenskinin ABŞ vergi ödəyicilərinin Ukraynanın milli müdafiə xərcləri üçün ödədilləri xərclər üçün kompensasiya, eyni zamanda Ukrayna xalqı üçün faydalı olacaq və davamlı iqtisadi tərəfdaşlıq yaradacaq sazişi imzalamasını gözləyir”, - Levit deyib.
    Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəllər ABŞ ilə sözügedən müqaviləni imzalamayacağını bəyan etmişdi. O bunu sənədin ABŞ-nin maraqlarına xidmət etməsi və Ukraynaya təhlükəsizlik zəmanəti verməməsi ilə əsaslandırıb.
    Trump həmçinin jurnalistlərə bildirib ki, Rusiyadan da nadir torpaq elementləri almaqla maraqlanır.
    Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasında nadir torpaq elementləri üzrə əməkdaşlığın yalnız münasibətlərin normallaşmasından və Ukrayna nizamlanmasından sonra başlaya biləcəyini deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR