D.Tramp konqresdə çıxış edib
ABŞ prezidenti Donald Tramp ötən gün Konqresdə çıxış edib.
Yanvarın 20-də ikinci prezidentlik müddəti başlayandan bəri Amerika xalqına həyata keçirdiyi fəaliyyətləri izah edən Tramp 1 saat 38 dəqiqə çıxış etməklə, Konqres tarixində davam edən ən uzun prezident çıxışını edib.
Donald Trump, 43 gün ərzində bir çox ABŞ administrasiyasından daha çox iş gördüklərini qeyd edərək, “Amerika qayıtdı. Amerika arzusu qarşısıalınmazdır və ölkəmiz geri qayıtmaq ərəfəsindədir. “Müasir tarixdə ilk dəfədir ki, amerikalıların əksəriyyəti inanır ki, ölkəmiz yanlış istiqamətdə deyil, düzgün istiqamətdə irəliləyir.”
ABŞ prezidenti iqtisadiyyatdan tutmuş sərhəd təhlükəsizliyinə qədər bir çox sahədə imzaladığı sərəncamların artıq nəticə verdiyindən də söz açıb. Tramp son bir ayda sərhəddən qeyri-qanuni keçidlərin ən aşağı həddə çatdığını da bildirib. Tramp Qızıl Kart tətbiqi ilə 5 milyon dollarlıq biznes quranların ABŞ vətəndaşı olacağını da açıqlayıb.
Tramp çıxışının xarici siyasət hissəsində Rusiya-Ukrayna müharibəsinə toxunub.
Rusiya ilə Ukrayna arasındakı müharibənin bir an öncə bitməli olduğunu vurğulayaraq, hər iki tərəflə danışıqların davam etdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenskinin davamlı sülh üçün yenidən danışıqlara hazır olduğundan bəhs etdiyini qeyd edən Tramp Ukraynanın nadir torpaqlar sazişini imzalamağa hazır olduğunu da bildirib.
Tramp eyni zamanda Rusiya ilə danışıqların davam etdiyini və onların da sülh razılaşması üçün masa arxasına oturmağa hazır olduğunu düşündüyünü bildirib.
Qeyd edək ki, D.Tramp və V.Zelenski ötən həftə Vaşinqtonda keçirilən görüş zamanı kameralar qarşısında mübahisə edib və sonradan keçiriləcəyi açıqlanan birgə mətbuat konfransı ləğv edilmişdi.
Gecədə diqqət çəkən məqam isə Trampın çıxışı zamanı ona etiraz edən Demokratlar Partiyasının nümayəndəsi Al Qrinin zaldan çıxarılması olub.