AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Crocus" terrorunun təşkilatçısı həbs edildi

  • + A
  • - A
  • 7-03-2025, 21:00

    "Crocus" terrorunun təşkilatçısı həbs edildi

    ABŞ-də "Crocus"da terror aktının təşkilatçısı həbs edilib.

    Bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında deyilir. Bildirilir ki, İŞİD-Xorasan terror təşkilatının üzvü, “Cəfər” kimi tanınan Məhəmməd Şərifullah həbs edilib.

    Martın 2-də o, bir sıra terror aktları - 2021-ci ildə Əfqanıstanın Kabil hava limanında baş verən partlayış və ötən il Moskva vilayətində "Crocus City Hall"a silahlı hücum - hazırlamaqda ittiham olunub.

    Şərifullah dindirmə zamanı etiraf edib ki, o, İŞİD-Xorasan adından "Crocus"da terror aktı hazırlayan silahlılara təlim keçib. O, Rusiyada həbs edilən terror aktını törədənlərdən ikisini tanıdığını, onlara pulemyot və digər silahlardan necə istifadə edilməsi barədə göstərişlər verdiyini deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR