AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ROMA PAPASININ ÖLÜM SƏBƏBİ MƏLUM OLUB

  • + A
  • - A
  • 22-04-2025, 10:36

    ROMA PAPASININ ÖLÜM SƏBƏBİ MƏLUM OLUB

    Roma Katolik Kilsəsinin başçısı, Papa Fransisk 88 yaşında vəfat edib. Vatikanın rəsmi açıqlamasına görə, o, insult keçirdikdən sonra yaranan geri dönməz ürək çatışmazlığı nəticəsində bu gün səhər saat 07:35-də dünyasını dəyişib.

    Papa son aylarda səhhətində ciddi problemlər yaşayırdı. Vatikanın Səhiyyə və Gigiyena İdarəsinin direktoru, professor Andrea Arkangelinin verdiyi rəsmi tibbi hesabatda bildirilir ki, Fransisk əvvəllər ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet fonunda kəskin tənəffüs çatışmazlığı keçirmişdi. Bu da onun ümumi sağlamlıq vəziyyətini xeyli zəiflətmişdi.

    O, bir neçə həftə öncə infeksiya səbəbilə xəstəxanaya yerləşdirilmiş, lakin müalicədən sonra evə buraxılmışdı. Lakin son insult vəziyyəti kritik həddə çatdırıb və həyatını xilas etmək mümkün olmayıb.

    Papa Fransiskin vəfatı dünya katolikləri üçün dərin hüzn doğurub. Cənubi Sudandan Argentinaya, Polşadan Filippinlərə qədər beş qitədə milyonlarla insan kilsələrə toplaşaraq dualar edir, onunla vidalaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR