AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var

  • + A
  • - A
  • 23-04-2025, 16:49

    İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var


    İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri ərəfəsində hökumət üzvləri ilə iclas keçirib.

    Bu barədə İran KİV-i məlumat yayıb.

    Yüksək səviyyəli görüşdə nazirlərlə yanaşı, Mərkəzi Bankın rəhbəri, Pezeşkianın siyasi müşavirləri və Azərbaycanla sərhəd vilayətlərinin rəhbərləri iştirak ediblər.

    Müşavirədə ikitərəfli münasibətlərin cari səviyyəsi və son hadisələr barədə məruzə araşdırılıb, ticarət, enerji, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

    Pezeşkian İran və Azərbaycan arasında dərin mədəni və tarixi əlaqələrin mövcud olduğunu qeyd edib.

    Onun sözlərinə görə, əməkdaşlığın inkişafı üçün böyük potensial var.

    İran Prezidenti həmçinin hökumətlər, özəl sektor və əhali arasında əməkdaşlığın gücləndirilməsinin hər iki ölkədə iqtisadi inkişafa töhfə verəcəyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR