AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

  • + A
  • - A
  • 26-04-2025, 07:55

    Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

    Pakistan Ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

    Bu barədə “Geo” telekanalı İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat yayıb.

    Məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) yaraqlıları olub.

    Qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb. Ərazinin təmizlənməsi əməliyyatı davam edir.

    Məlumata görə, hərbçilər arasında itki yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR