Çin ABŞ ilə razilığa gəlib
Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət şərtlərinə dair yeni razılaşma əldə olunub.
Tərəflər İsveçrənin Cenevrə şəhərində bir araya gəlib, rüsumları azaltmağa qərar veriblər.
Razılaşma 3 aylıq müddəti əhatə edir.
Sənədə əsasən, hər iki tərəf məhsul idxalına görə rüsumları 115 faiz endirəcək.
Bu barədə Birləşmiş Ştatların maliyyə naziri Skot Besant açıqlama verib.
Belə olan halda Birləşmiş Ştatların Çinə qarşı tətbiq etdiyi tariflər 30 faizə, Çinin Amerika məhsullarına görə tarifləri 10 faizə düşəcək.
Besant etiraf edib ki, tarif artımları ilə bağlı vəziyyət dayanıqlı deyildi.
İki nəhəng iqtisadiyyatın geri addım atması səhm bazarlarına da müsbət təsir edib.
Amerikanın fyuçersləri 2 faizdən çox artıb.
Honkonqun “Hang Seng” indeksi 3 faiz irəliləyib.
Almaniya və Fransanın əsas birjalarında indekslərin 0.7 faiz artımı müşahidə olunur.
Qeyd edək ki, Amerika ilə Çin arasında ticarət münaqişəsi Çindən Birləşmiş Ştatlara ixrac olunan məhsullarının həcminin 20 faiz azalmasına səbəb olub.
Lakin Çin rəsmiləri ümumi ixracatın 8.1 faiz artdığını bildiriblər.