AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D.Tramp S.Ərəbistanına səfər edib

  • + A
  • - A
  • 13-05-2025, 12:48

    D.Tramp S.Ərəbistanına səfər edib

    Amerika Birləşmiş Ştatlarını. prezidenti Donald Trampın Yaxın Şərqə 4 günlük səfəri başlayıb.
    Ağ Ev lideri ilk olaraq Səudiyyə Ərəbistanına gəlib.
    Hava limanında Trampı vəliəhd şahzadə Məhəmməd ibn Salman qarşılayıb.
    Qeyd edək ki, Ər-Riyadda gündəmdə olan məsələlərə İranın nüvə proqramının, Qəzzada müharibənin dayandırılması və digər mövzular daxildir.
    Bundan başqa, Trampın ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Konfransı və Körfəz Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi gözlənilir.
    Qeyd edək ki, şuraya Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR