Çin L.Amerikasına yatırım edir
Çin Latın Amerikası və Karib Hövzəsi ölkələrinə yatırım edir.
Çin sədri Si Cinpin regiona 9.2 milyard dollar həcmində kredit verəcəklərini bildirib.
Si Cinpin Çin-Latın Amerikası və Karib Hövzəsi Ölkələri Cəmiyyəti forumunda çıxışı zamanı Amerika Birləşmiş Ştatları ilə ticarət əlaqələrində dəyişən vəziyyəti şərh edib.
Xatırladaq ki, iki ölkə arasında tariflərin azaldılmasına dair razılaşma əldə olunub.
Razılaşmaya əsasən, hər iki tərəf məhsul idxalına görə rüsumları 115 faiz endirəcək.
Belə olan halda Birləşmiş Ştatların Çinə qarşı tətbiq etdiyi tariflər 30 faizə, Çinin Amerika məhsullarına görə tarifləri 10 faizə düşəcək.
Si Cinpin tarif müharibəsində qalibin olmadığını, sataşqanlıq və hegemonluğun özünütəcridə gətirib çıxardığını bildirib.
Ekspertlər qeyd edirlər ki, Çin rəhbərliyi Latın Amerikası ölkələri ilə əməkdaşlığı gücləndirməklə tarif müharibəsində Amerika Birləşmiş Ştatlarına qarşı vahid cəbhə yaratmağa çalışır.
Amerika ilə Çin arasında ticarət münaqişəsi Çindən Birləşmiş Ştatlara ixrac olunan məhsullarının həcminin 20 faiz azalmasına səbəb olub.
Lakin Çin rəsmiləri ümumi ixracatın 8.1 faiz artdığını bildiriblər.