V.Zelenski mətbuat konfransında İstanbul görüşü barədə danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək görüşdən danışıb. O mətbuat konfransında mümkün nəticə gozlədiyini istisna etməyib
"Mən Türkiyədə olacam. Prezident Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olacaq. Hamı Rusiya lideri ilə görüşə hazırdır – istər Ankarada, istər İstanbulda. Üstəlik, bu, onun təşəbbüsü olub", - V.Zelenski qeyd edib.
O bildirib ki, Rusiyadan birbaşa danışıqlarla bağlı siqnal daxil olub. Eyni zamanda, ABŞ Rusiya və Ukrayna liderləri arasında dialoqun başlanmasını dəstəkləyib. V.Zelenski Vaşinqtonun ideyasını dəstəklədiyini qeyd edib, "çünki Kiyev müharibənin başa çatması üçün bütün yolları dəstəkləyir". Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu ifadə etsə, bu "müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsi üçün yol açacaq".
Ukrayna Prezidenti vurğulayıb ki, əgər Putin atəşkəsə hazır olduğunu bildirsə, bu, "müharibənin başa çatmasının bütün digər elementlərinin müzakirəsinə yol açacaq".