AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

V.Zelenski Ankaraya gedir

  • + A
  • - A
  • 14-05-2025, 11:29

    V.Zelenski Ankaraya gedir

    Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin cümə axşamı Türkiyənin paytaxtı Ankaraya gedəcəyini və Rusiya Prezidenti Vladimir Putinlə İstanbulda birbaşa görüşə hazır olduğunu bəyan edib.

    Zelenski Kiyevdə təşkil olunan təcili mətbuat konfransında bildirib: “Bu görüşün baş tutması üçün əlimizdən gələni edəcəyik”. O əlavə edib ki, prioritet məqsədi 30 günlük atəşkəs əldə etməkdir. Zelenskiyə görə, ABŞ da daxil olmaqla bütün Qərb müttəfiqləri bu təklifə dəstək verirlər.
    Putin isə hələlik bu görüşə özü qatılıb-qatılmayacağını açıqlamayıb. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, “Rusiya danışıqlara hazırlaşır, əlavə bir şey demək olmaz”.
    Bu, 2022-ci ilin martında İstanbulda baş tutan danışıqlardan sonra tərəflər arasında ilk birbaşa təmas ola bilər. Putin görüş üçün “şərtsiz danışıqlara” hazır olduğunu bildirsə də, Zelenskinin özünün gələcəyini açıqlaması Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyır.

    Bununla belə, Moskva atəşkəsdən öncə “münaqişənin köklü səbəbləri”nin aradan qaldırılmasını tələb edir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir daha 2022-ci ildən əvvəl irəli sürülən sərt tələbləri təkrarlayaraq, “əldə edilmiş reallıqları nəzərə almaq” lazım olduğunu söyləyib. Ukrayna isə bu tələbləri öz müstəqilliyinə təhdid kimi qəbul edir.
    ABŞ Prezidenti Donald Tramp Körfəz ölkələrinə səfəri zamanı açıqlamasında “əgər bir şeylərin baş verəcəyini hiss etsəm, İstanbula özüm də gedə bilərəm” deyib. Lakin rəsmi mənbələrdən onun səfəri hələlik təsdiqlənməyib. ABŞ-ın iki yüksək səviyyəli nümayəndəsi – Stiv Vitkoff və Kit Kelloq – danışıqlar üçün İstanbulda olacağı gözlənilir.

    Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas Zelenski və Putinin görüşünü “müsbət addım” kimi qiymətləndirib, lakin “Putin cəsarət etməz” deyib.
    Zelenskinin administrasiya rəhbəri Andriy Yermak isə Putinin görüşə qatılmaması halında bunun “müharibəni bitirmək istəmədiyinin son sübutu” olacağını bildirib. Ukraynanın əsas müttəfiqləri – Böyük Britaniya, Almaniya, Polşa və Fransa – ötən həftə sonu Kiyevə səfər edərək Rusiyanı 30 günlük atəşkəsi qəbul etmədiyi halda yeni sanksiyalarla hədələyiblər.

    Avropa İttifaqı hazırda Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR