AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D.Tramp Ə.Əş-Şəraa ilə görüşəcək

  • + A
  • - A
  • 14-05-2025, 12:25

    D.Tramp Ə.Əş-Şəraa ilə görüşəcək

    Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa ilə görüşəcək.
    Ağ Ev liderlərin qarşılaşmasını, sadəcə, görüş xətrinə görüş adlandırıb.
    Tramp daha əvvəl Suriyaya qarşı sanksiyaları ləğv etdiyini bildirib.
    Suriya xalqı sanksiyaların ləğv edilməsini böyük coşqu ilə qeyd edib.
    Hums və İdlibdə atəşfəşanlıq olub.
    Tramp Suriya rəhbərliyi ilə bağlı mövqeyini Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkidi ilə dəyişdiyini deyib.
    “Yeni hökumətləri var, ümid edirəm ki, uğur əldə edəcəklər. Uğurlar, Suriya. Bizə məxsusi dəyərlərini göstər” – deyə Tramp vurğulayıb.
    Ekspertlər Trampın jestinin əş-Şəraa və Suriya üçün böyük imkanlar qazandıracağını deyirlər.
    Körfəz ölkələrinin yeni hökumətə dəstəyi və Trampın da bu dəstəyə qoşulması isə onunla izah olunur ki, əş-Şəraa administrasiyası İranın Suriyada öz nüfuzunu bərpa etməsinə maneədir.
    Rəsmi Dəməşqin Vaşqintonla əlaqələri Soyuq Müharbə illərindən gərgin olub. Həmin dövrdə Dəməşq Sovet İttifaqı ilə əlaqələri inkişaf etdirmişdi. Daha sonra isə Suriya İranın Ərəb Dünyasında yaxın müttəfiqinə çevrildi.
    Qeyd edək ki, əş-Şəraa 2000-ci illərin əvvəlində İraqda əl-Qaidə silahlı qruplaşmasına qoşulub və Amerika Birləşmiş Ştatları əsgərlərinə qarşı döyüşüb.
    Pentaqon onun həbsinə gətirib çıxaracaq informasiyaya görə 10 milyon dollar təşkil edib.
    2003-cü ildə buna görə həbs olunub.
    Daha sonra Suriyada üsyanlar başladıqda isə ölkəsinə qayıdıb və burada əl-Qaidənin bir qolu olan Nüsrə Cəbhəsi kimi tanınan qruplaşmaya rəhbərlik edib.
    Əhməd əş-Şəraa ötən il Bəşər Əsəd rejimini devirərək hakimiyyətə gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR