İsrail bütün Qəzzanı nəzarətə götürəcək
İsrail hərbi qüvvələri Fələstinin Qəzza Zolağı Regionunda genişmiqyaslı yerüstü əməliyyatlara başlayıb.
Bu barədə İsrail hərbi komandalığı açıqlama verib.
Daha əvvəl Qəzzada daha bir neçə xəstəxananın bombalandığı, nəticədə 100-dən çox şəxsin öldüyü bildirilir.
Rəsmilər hazırda Qəzza Zolağında 5 diviziyanın fəaliyyət göstərdiyini və məqsədin bütün Qəzzada nəzarəti tam ələ keçirmək olduğunu deyiblər.
Onların sözlərinə görə, İsrail ordusunu bu dəfə təkcə HƏMAS-ın bütün girovları sərbəst buraxması dayandıra bilər.
Xatırladaq ki, ötən gün İsrail ilə HƏMAS girov-məhbus mübadiləsi və 60 günlük atəşkəsə dair razılığa gəlmişdilər.
HƏMAS-ın bu razılaşma çərçivəsində 9 girovu sərbəst buraxacağı, Qəzzaya ərzaq idxalına imkan verəcəyini bildirmişdi.
Razılaşmanın pozulmasına baxmayaraq Qəzzaya məhdud səviyyədə ərzaqın çatdırılmasına şərait yaradılacaq.
Qeyd edək ki, İsrail 10 həftədir ki, regiona ərzaq idxalını bloklayır.
HƏMAS hazırda 23 nəfəri girov saxlayır.
Qruplaşmanın əlində, eyni zamanda, 35 girovun meyidi var.
İsrail ilə HƏMAS arasında müharibənin fəal mərhələsi HƏMAS-ın 2 il əvvəl İsrailə hücum edərək 1200-ə yaxın şəxsi öldürməsindən sonra başlayıb.
Daha sonra İsrailin Qəzzanı indiki kimi bombalaması nəticəsində 53 minə yaxın insan ölüb.