Sumı vilayətinə dron zərbələri endirilib
Rusiya hərbi qüvvələri Ukraynanın Sumı vilayətinə dronlarla zərbələr endirib.
Əsasən, mülki infrastruktur – 4 yaşayış binası hədəfə alınıb.
Nəticədə 2 nəfərin yaralandığı bildirilir.
Ukrayna aviasiyasından verilən məlumata görə, Rusiya, ümumilikdə, 112 dronla hücuma keçib.
Onlardan 76-sı zərərsizləşdirilib.
Qeyd edək ki, Rusiya-Ukrayna arasında atəşkəs və sülhə dair sonuncu danışıqlara İstanbulda baş tutub.
Görüş, əsasən, uğursuz hesab olunur.
Tərəflər təkcə məhbus mübadiləsinə dair razılığa gəliblər.
Kiyev danışıqlar prosesində Rusiya tərəfinin atəşkəs müqabilində yeni qeyri-məqbul şərtlər irəli sürdüyünü bildirib, Moskvaya qarşı daha sərt sanksiyaların qəbul olunmasına çağırış edib.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib ki, o, özü rusiyalı həmkarı Vladimir Putinlə üzbəüz görüşməsə, müharibə dayanan deyil.
Ağ Ev liderinin bu gün Putinlə, eyni zamanda, ukraynalı həmkarı Volodimir Zelenski və bir sıra NATO ölkələri liderləri danışacağı gözlənilir.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı yerüstü və havadan hərbi hərəkat başladıb, indiyə qədər Ukraynanın 20 faiz ərazilərinə nəzarəti ələ keçirib.