B.Britaniya Aİ ilə razılığa gəlib
Böyük Britaniya ilə Avropa İttifaqı arasında müdafiə və ticarət sahəsində razılaşma əldə olunub.
Bu barədə Britaniya hökuməti mənbələri məlumat verib.
Baş naziri Kir Starmer razılaşmanı böyük nailiyyət adlandırıb.
Qeyd edək ki, tərəflərin, əsasən, balıq ovu məsələsində fikirləri müxalif idi. Lakin bu problem öz həllini tapıb.
Starmer və Avropa liderlərinin bu gün Londonda keçiriləcək Britaniya-Avropa İttifaqı sammitində razılaşmanı elan edəcəkləri gözlənilir.
Razılaşma 2038-ci ilə qədər nəzərdə tutulub.
Bu barədə sənəd, eyni zamanda, gənclərin Britaniyada təhsil alıb, çalışması – mübadilə proqramını əhatə edir.
Müşahidəçilər Britaniyanın Avropa İttifaqı ilə əlaqələrini genişləndirməsini bloka addım-addım geri qayıdış kimi qiymətləndirirlər.
Hakim partiyaya müxalif leyboristlər isə London sammitini təslimiyyət sammiti kimi şərh ediblər.
Xatırladaq ki, Böyük Britaniya 2020-ci ilin yanvar ayında Avropa İttifaqını tərk edib.