AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Qəzzaya ərzaq idxalına imkan verib

  • + A
  • - A
  • 20-05-2025, 15:03

    İsrail Qəzzaya ərzaq idxalına imkan verib

    İsrail 3 aya yaxın blokadadan sonra Fələstinin Qəzza Zolağı regionuna ərzaq idxalına imkan verib.
    Humanitar yardım avtomobilləri Kerem-Şalom sərhəd-buraxılış məntəqəsindən Qəzzaya daxil olublar.
    Bu arada, Böyük Britaniya, Fransa və Kanada İsrailin Fələstinin Qəzza Zolağında törətdiyi əməllərə görə xəbərdarlıq edib.
    Hökumətlər Qəzzadakı yeni hərbi hərəkatın dayandırılmasına çağırış ediblər.

    Bu barədə birgə bəyanatda deyilir ki, İsrail çağırışlara əməl etməsə, siyasi kursunu dəyişməsə ona qarşı konkret tədbirlər görüləcək.

    İsrailin baş naziri Benyamin Netanyahu müharibəni elə sabah bitirə biləcəyini, lakin bunun üçün HƏMAS-ın israilli girovları azad etməli və tərksilah olmalı olduğunu bildirib.
    HƏMAS hazırda 23 nəfəri girov saxlayır.
    Bundan başqa, qruplaşmanın əlində 35 nəfərin meyidinin olduğu deyilir.

    Liderlər, eyni zamanda, HƏMAS-a müraciətlə girovların sərbəst buraxılmasını tələb ediblər.
    İsrail ötən gün etibarən Qəzzada yerüstü əməliyyatların miqyasını genişləndirməyə başlayıb.
    Əməliyyatlar çərçivəsində mülki infrastrukturun da bombalandığı müşahidə olunur.

    Sonuncu bombardmanda 100-dən çox şəxs ölüb.
    Netanyahu bu dəfəki hərəkatın məqsədinin bütün Qəzzada nəzarəti tam ələ keçirmək olduğunu deyib.
    İsrail ilə HƏMAS arasında müharibənin fəal mərhələsi HƏMAS-ın 2 il əvvəl İsrailə hücum edərək 1200-ə yaxın şəxsi öldürməsindən sonra başlayıb.

    Daha sonra İsrailin Qəzzanı indiyə kimi bombalaması nəticəsində 53 mini ötüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR