Aİ parlamentində qalmaqal
Avropa Parlamentində daha bir neçə korrupsiya faktı aşkarlanıb.
5 deputat Çinin “Huawei” şirkətinin təsiri ilə qanunsuz fəaliyyətdə ittiham olunur.
Onlar “Huawei”dən müəyyən vəsait qarşılığında bu şirkətin lehinə lobbiçilik edib, qərarlar çıxarıblar.
Belçika prokurorluğu sözügedən şəxslərin toxunulmazlıq hüququnun ləğv edilməsinə qərar verib.
Deputatlardan 3-ü Avropa Xalq Partiyasının üzvüdür.
Biri sosialistləri, digəri demokratları təmsil edir.
Onlara qarşı istintaq 2 ay əvvəl başladılmışdı.
Avropa Parlamentinin prezidenti Roberta Metsolanın ittiham olunanların adlarını rəsmi elan edəcəyi gözlənilir.
Onların 3-ü artıq hədəfə olduqlarını təsdiqləyib.
Sözügedən şəxslər italiyalı deputat Salvatore De Meo, maltalı deputat Daniel Attard, bolqarıstanlı deputat Nikola Minçevdir.