AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Qəzzaya aviazərbələr endirib

  • + A
  • - A
  • 21-05-2025, 15:35

    İsrail Qəzzaya aviazərbələr endirib

    İsrail hərbi qüvvələri Fələstinin Qəzza Zolağı regionuna daha bir neçə aviazərbə endirib.
    Beynəlxalq təzyiqlərin kəskinləşməsinə baxmayaraq rəsmi Təl-Əviv Qəzzadakı yerüstü hərəkatı dayandırmayacağını bildirib.
    Ötən gün, xüsusilə, Böyük Britaniya, Fransa və Kanada İsrailə Qəzzada törətdiyi əməllərə görə xəbərdarlıq edib.
    Liderlər Qəzzadakı yeni hərbi hərəkatın dayandırılmasına çağırış ediblər.
    İsrailin xarici işlər naziri Gideon Saar heç bir xarici qüvvənin ölkəsinə diktə edə bilməyəcəyini deyib.
    O, xüsusilə, müstəmləkəçi keçmişi olan ölkərə müraciət edərək İsrailin müstəqil millət olduğunu və Qəzzadakı əməliyyatların milli təhlükəsizlik məsələsi olduğunu dilə gətirib.
    Daha əvvəl baş nazir Benyamin Netanyahu müharibəni elə sabah bitirə biləcəyini, lakin bunun üçün HƏMAS-ın israilli girovları azad etməli və tərksilah olmalı olduğunu bildirib.
    HƏMAS hazırda 23 nəfəri girov saxlayır.
    Bundan başqa, qruplaşmanın əlində 35 nəfərin meyidinin olduğu deyilir.
    İsrail 3 aya yaxın blokadadan sonra Fələstinin Qəzza Zolağı regionuna ərzaq idxalına imkan versə də, yardım aclıqdan çəkən insanlara hələ ki, gəlib çatmayıb.
    İsrail rəhbərliyi bütün Qəzzada nəzarəti tam ələ keçirmək niyyətində olduğunu bəyan edib.
    Əməliyyatlar çərçivəsində mülki infrastrukturun da bombalandığı müşahidə olunur.
    Sonuncu bombardmanda 85 nəfər ölüb.
    İsrail ilə HƏMAS arasında müharibənin fəal mərhələsi HƏMAS-ın 2 il əvvəl İsrailə hücum edərək 1200-ə yaxın şəxsi öldürməsindən sonra başlayıb.
    Daha sonra İsrailin Qəzzanı indiyə kimi bombalaması nəticəsində 53 mini ötüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR