AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ husilərə qarşı hücumları dayandırır

  • + A
  • - A
  • 21-05-2025, 15:48

    ABŞ husilərə qarşı hücumları dayandırır

    ABŞ Husi hərəkatına qarşı hava hücumlarını dayandıracaq.
    Bunu ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə keçirdiyi görüşdə deyib.
    Tramp ölkəsinin Yəmənin Ənsarallah hərəkatına qarşı hücumlarını dayandırdığını bildirib.
    "Husilər, ən azı, bizə daha döyüşmək istəmədiklərini söylədilər. Onlar döyüşmək istəmirlər və biz buna hörmət edirik. Biz bombardmanları dayandıracağıq. Onlar təslim oldular. Biz husiləri bombalamağı dərhal dayandıracağıq" - deyə Tramp bildirib.
    Jurnalistlərdən birinin Husilərin gəmilərə hücum etməməyə hazır olması ilə bağlı məlumatı Amerika rəhbərliyinin haradan əldə etməsi ilə bağlı suala “bunun heç bir fərqi yoxdur” cavabını verib.
    Bu açıqlamadan dərhal sonra Oman Xarici İşlər Naziri Bədr əl-Busaidi ölkəsinin vasitəçiliyi ilə əldə olunan atəşkəsi təsdiqləyib. Onun sözlərinə görə, bu razılaşma hər iki tərəfin – ABŞ və Husilərin – bir-birinə qarşı hücumlarını dayandırmasını nəzərdə tutur və Qırmızı dənizdə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin edəcək.
    Husilər hələlik rəsmi açıqlama verməyiblər.
    Husilər uzun aylardır hücumları dayandırmaq üçün şərtlərini elan edib. Qəzzə zolağında bombardman dayandırılsın, atəşkəs bərpa olunsun, humanitar yardımların blokadası aradan qaldırılsın və ancaq bundan sonra da gəmiləə və İsrailə hücumlar dayandırılsın.
    Son aylar ərzində ABŞ Yəməndə Husi mövqelərinə qarşı hücumları intensivləşdirmişdi. Mart ayından bəri ABŞ ordusu 1,000-dən çox Husi hədəfini vurduğunu açıqlayıb. Bu hücumlar, Husilərin Qəzzada fələstinlilərə dəstək məqsədilə Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarından sonra başlamışdı.
    Husilər indiyə qədər onlarla raket və pilotsuz təyyarə hücumu həyata keçirib, 2 ticarət gəmisini batırıb, 1 gəmini ələ keçirib və 4 dənizçini öldürüblər. Bu hücumlar nəticəsində bir çox beynəlxalq daşıma şirkəti Qırmızı dənizdən istifadədən imtina edərək Afrikanın cənubundan dolanmaq məcburiyyətində qalıb.
    Digər tərəfdən, gərginlik regionda davam edir. İsrailə qarşı raket hücumlarını davam etdirən Husilər son günlərdə Ben Qurion hava limanı yaxınlığına raket atıblar. Cavab olaraq İsrail ötən gün Yəmənin paytaxtı Səna hava limanını tamamilə dağıdıb, həmçinin Hudeyda limanı və bir neçə sənaye obyektini bombalayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR