AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın tədqiqat gəmisi atəşə tutuldu

  • + A
  • - A
  • 24-05-2025, 18:00

    Rusiyanın tədqiqat gəmisi atəşə tutuldu

    Naməlum şəxslər Mozambik sahillərində Rusiyanın “Atlantis” tədqiqat gəmisini atəşə tutub.

    Bu barədə Rusiyanın Mozambikdəki səfirliyinin mətbuat attaşesi Polina Jukova açıqlayıb.

    "Hadisə mayın 10-da baş verib, gəmidə olan ruslardan heç biri xəsarət almayıb. Avadanlıqlar bir qədər zədələnib. Bundan sonra gəmi Maputo limanına daxil olub, daha sonra Cənubi Afrikanın Durban limanına doğru yola düşüb", - deyə məlumatda qeyd olunub.

    Bu gün Mozambik hökumətinin rəsmi nümayəndəsi, dövlət idarəçiliyi və dövlət xidməti naziri İnocencio Impisa bəyan edib ki, hakimiyyət ölkənin şimal-şərqindəki Kabo Delqado əyalətinin sahillərində Rusiyanın “Atlantis” gəmisinə hücumun səbəblərini araşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR