D.Tramp Rusiyalı həmkarına qəzəblidir
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin ağılını itirdiyini bildirib.
Ağ Ev lideri Putinin Ukraynada mülkiləri də hədəfə almasını kəskin şəkildə tənqid edib, onun hərəkətlərindən məmnun olmadığını deyib.
“O, çox sayda insan öldürür. Bilmirəm axı Putinə nə olub. Onu çoxdandır ki, tanıyıram. Həmişə ortaq dil tapmışıq. Lakin o, şəhərə raket atır və insanları öldürür. Bu, qətiyyən xoş deyil. Əgər o, bütün Ukraynanı zəbt etmək istəyirsə, bu, Rusiyanın məhvinə gətirib çıxaracaq” – deyə Tramp vurğulayıb.
O, Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirəcəyini qeyd edib.
Rusiya silahlı qüvvələri sutka ərzində Ukraynanın paytaxtı Kiyev və digər şəhərlərə 350-dən çox dron və raketlərlə zərbələr endirib.
Jitomir vilayətində bir neçə bina və digər mülki infrastruktur dağılıb, nəticədə bir ailənin 3 uşağının ölüb.
Eyni zamanda, Odessada yaşayış məntəqələri dron hücumlarına məruz qalıb. Burada da insan itkisi və yaralananlar olub.
Kütləvi hücumlar nəticəsində, ümumilikdə, 12 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir.
Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı yerüstü və havadan hərbi hərəkat başladıb, indiyə qədər Ukraynanın 20 faiz ərazilərinə nəzarəti ələ keçirib.