İran-ABŞ arasında növbəti raund nə ilə nəticələnə bilər?!
İran və ABŞ Tehranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə növbəti danışıqlar raundunun tarixini və yerini hələ razılaşdırmayıblar.
Bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib.
"Növbəti danışıqlar raundu ilə bağlı hələ müəyyənlik yoxdur", - İran xarici siyasət idarəsi nazirin sözlərini təqdim edir. Araqçi vurğulayıb ki, İran "danışıqları səbirlə və sakit şəkildə aparır". O yenidən qeyd edib ki, Tehran dinc məqsədlər üçün uranın zənginləşdirilməsi hüquqlarından imtina etmək niyyətində deyil.
İran və ABŞ nümayəndələri mayın 23-də Romada İran nüvə proqramı üzrə beşinci danışıqlar raundunu keçiriblər. Tərəflər arasında vasitəçi kimi çıxış edən Oman XİN başçısı "müəyyən, lakin yekun olmayan irəliləyişin" əldə olunduğunu açıqlayıb. Araqçi bildirib ki, məsləhətləşmələrin nəticələrinə görə, Tehran və Vaşinqton yeni danışıqlar raunduna hazırlaşırlar və daha bir-iki görüşdə müsbət nəticələr əldə edəcəklərinə ümid edirlər.
Nüvə müzakirələrinin mərkəzində İranın uran zənginləşdirmə fəaliyyəti dayanır. Tehran, nüvə proqramının sülh məqsədləri üçün olduğunu və atom bombası istehsalını hədəfləmədiyini bildirir. İran qarşılığında isə sərt beynəlxalq sanksiyaların ləğv edilməsini tələb edir.
ABŞ tərəfi əvvəllər İranın aşağı səviyyədə uran zənginləşdirməsinə göz yuma biləcəyini desə də, son zamanlarda bu mövqeyini sərtləşdirərək İranın bütün səviyyələrdə zənginləşdirmə fəaliyyətini tamamilə dayandırmasını istəyir.
İranın cavabı gözlənilir
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib ki, ABŞ-ın bu tələbi danışıqların gedişatını çətinləşdirir və İran hələ Roma görüşlərinə qatılıb-qatılmamaq barədə qərar verməyib.