MÜHACİRLƏ DOLU BALIQÇI GƏMİSİ SAXLANILIB
Yunanıstanın sahil mühafizə xidməti Aralıq dənizində - Krit adası sahilində mühacirlə dolu balıqçı gəmisini saxlayıb.
Gəminin Afina limanına yan almasına icazə verilib.
Rəsmilər gəmidə 500-dən çox mühacirin olduğunu bildiriblər.
Onlar tibbi müayinədən keçdikdən sonra müvəqqəti sığınacaqlara göndəriləcəklər.
Mühacirlər, əsasən, Liviya sahillərindən Yunanıstan və İtaliya isiqamətində yola düşürlər.
Onların arasında Somali, Sudan, Misir və mərkeşli mühacirlər üstünlük təşkil edir.
Avropa rəsmiləri Aralıq dənizini keçərək qitəyə gələn mühacirlərin artacağına dair xəbərdarlıq ediblər.
Belə ki, Liviya rəhbərliyi ilə Brüssel arasında mühacir axınlarının qarşısını almaq işi üzrə əməkdaşlıq əlaqələrinin son dövrdə gərginləşdiyi müşahidə olunur.
Yunanıstan hökuməti mühacirlərin qəbulu prosesini qarşıdakı 3 ay ərzində dayandıracağını elan edib.