AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HUSİLƏR BEN-QURİON AEROPORTUNU VURUBLAR

  • + A
  • - A
  • 10-07-2025, 15:04

    HUSİLƏR BEN-QURİON AEROPORTUNU VURUBLAR
    Yəmənin husi üsyançılarından təşkil olunmuş "Ənsar Allah" qruplaşması İsrailin Tel-Əviv şəhərindəki Ben-Qurion beynəlxalq hava limanına raket zərbəsi endirib.
    Bu barədə üsyançıların nümayəndəsi Yəhya Saria açıqlama verib.
    O, əməliyyatın "Zülfiqar" ballistik raketi ilə icra edildiyini, məqsədə çatdıqlarını bildirib.

    Husi üsyançıları daha əvvəl Qırmızı Dənizdə “Eternity C” karqo gəmisini vurublar.
    Gəmidə olan 25 nəfər xilas edilib. “Eternity C” Liberiya bayrağı ilə üzürmüş.

    2 gün əvvəl isə İsrail hərbi qüvvələri Yəmənin Hudeydə hava limanını vurub.
    Bu liman yəmənlilərin əsas ərzaq idxalı məntəqəsidir.

    Qeyd edək ki, husilər Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərə dəstək məqsədilə Qırmızı Dənizlə İsrailə doğru və İsrail limanından üzən gəmiləri hədəfə alırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR