AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Slovakiyadan qərar. Rusiyaya qarşı sanksiyaları bloklamayacaq

  • + A
  • - A
  • Bu gün, 07:41

    Slovakiyadan qərar. Rusiyaya qarşı sanksiyaları bloklamayacaq

    Slovakiya Rusiyaya qarşı Avropa sanksiyalarının 18-ci paketinin qəbul edilməsini bloklamayacaq.

    Bu barədə ölkənin baş naziri Robert Fitso "Facebook" sosial şəbəkəsində dərc edilmiş videomüraciətində bildirib.

    "Mən Avropa İttifaqındakı nümayəndələrimizə 18-ci sanksiyalar paketinə yol açmaq üçün təlimat verirəm", - baş nazir bəyan edib.

    Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa davam etmək Avropa Komissiyası ilə enerji resursları üzrə danışıqlar kontekstində əks-məhsuldar addım olar.

    Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalarla bağlı müzakirələr iyulun 18-də keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR