AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

  • + A
  • - A
  • 19-07-2025, 17:30

    İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

    İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 %-dən yuxarı zənginləşdirməyə başlaya bilər.

    Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, İran hələ bütün potensialından istifadə etmir və lazım gələrsə, digər strateji variantlara müraciət edə bilər.

    İ.Rezai qeyd edib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq haqqında əlavə protokolun icrasını könüllü olaraq dayandırıb:

    “Lakin ölkə hələ də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə üzvlüyünü saxlayır, ancaq davam edən xarici təzyiq İranın siyasətində dəyişikliyə səbəb ola bilər. Təzyiq İranı müqavilədən çıxmağı, uranı 60 %-dən yuxarı zənginləşdirməyi, nüvə əməkdaşlığının genişləndirilməsini nəzərdən keçirməyə məcbur edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR