AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UKRAYNADA ETİRAZ AKSİYALARI DAVAM EDİR

  • + A
  • - A
  • Dünən, 08:30

    UKRAYNADA ETİRAZ AKSİYALARI DAVAM EDİR


    Ukraynada antikorrupsiya orqanlarının müstəqilliyini zəiflədən yeni qanun ictimai narazılığa səbəb olub. Lviv və Kiyevdə yüzlərlə insan üç gündür küçələrə axışır. Etirazçılar Prezident Zelenskinin imzaladığı qanunun geri çəkilməsini tələb edirlər.

    Zelenski cümə axşamı parlamentə yeni qanun layihəsi təqdim edib. Yeni layihə antikorrupsiya qurumlarının əvvəlki səlahiyyətlərini bərpa etməyi və onların tam müstəqil fəaliyyətini təmin etməyi hədəfləyir.

    Antikorrupsiya qurumları bu təşəbbüsü alqışlasa da, vətəndaşlar qanunun qəbulunu gözləmədən aksiyaları davam etdirmək niyyətindədirlər.

    Etirazlar Zelenskinin istefasını tələb etməsə də, bu, müharibə dövründə baş verən ilk genişmiqyaslı anti-hökumət nümayişləridir.

    Yeni qanun layihəsinin nə zaman səsverməyə çıxarılacağı isə hələlik məlum deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR