WWE ULDUZU HALK HOQAN VƏFAT EDİB
Amerikalı güləş əfsanəsi Halk Hoqan 71 yaşında ürəktutmasından vəfat edib.
Florida ştatının Klirvoter şəhərində səhər saatlarında ürək problemi ilə xəstəxanaya çatdırılan Hoqan, tibbi müdaxiləyə baxmayaraq Bakı vaxtı ilə 19 radələrində dünyasını dəyişib.
Əsl adı Terri Bollea olan Hulk Hogan, WWE tarixinin ən tanınmış simalardan biri idi.
Qeyd edək ki, aktyor "Rokki 3", "Şəhər komandosu", "Dayə dediksə", "Çılpaq cəsus" kimi məşhur filmlərdə rol alıb.
WWE rəhbərliyi və azarkeşlər sosial şəbəkələrdə Hoganın xatirəsini anıblar.