AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FRANSA FƏLƏSTİNİ RƏSMİ OLARAQ TANIYACAQ

  • + A
  • - A
  • Dünən, 08:33

    FRANSA FƏLƏSTİNİ RƏSMİ OLARAQ TANIYACAQ

    Fransa Fələstin dövlətini rəsmi şəkildə tanıyacaqlarını bəyan edib.

    Bunu Fransa prezidenti Emmanuel Makron X-də bildirib.

    SİTAT
    “Mən qərara gəldim ki, Fransa Fələstin dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm. İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir”.
    SİTATIN SONU

    Fransa bu qərarı ilə Fələstini tanıyan ən nüfuzlu Qərb dövləti olur. İndiyədək 140-dan çox ölkə, o cümlədən Avropada onlarla dövlət Fələstin dövlətini tanıyıb.

    İsrail isə Makronun addımını kəskin şəkildə pisləyib. Baş nazir Benyamin Netanyahu bu qərarı “terrora mükafat” və “İsrailin məhvinə çağırış” adlandırıb.

    İsrailin müdafiə naziri İsrael Kats Fransa prezidenti Emmanuel Makronun Fələstini dövlət kimi tanımaq qərarını şərh edərkən İsrailin ayrıca Fələstin dövlətinin mümkün yaranma ehtimalını öz təhlükəsizliyinə təhdid hesab etdiyini və onun yaradılmasına imkan verməyəcəyini öz X səhifəsində qeyd edib.

    Fələstin rəhbərliyi isə Fransa hökumətinə təşəkkür edərək bu qərarı “xalqın öz müqəddəratını təyin etməsi hüququnun dəstəklənməsi” kimi qiymətləndirib.

    Makron sonda bildirib ki, “Sülh mümkündür. İki dövlətli həll bölgədə sabitliyin yeganə yoludur.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR