AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO-YA üzv ölkələrin çoxu PURL proqramına qoşulmağa hazırdır

  • + A
  • - A
  • Dünən, 22:35

    NATO-YA üzv ölkələrin çoxu PURL proqramına qoşulmağa hazırdır

    NATO-ya üzv ölkələrin yarıdan çoxu ABŞ-dən Ukrayna üçün silah alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List, PURL) proqramına qoşulmağa hazır olduqlarını bildiriblər.

    Bu barədə NATO-nun Baş katibi Mark Rutte müdafiə nazirlərinin "Ramştayn" təmas qrupunun iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

    "Yalnız ABŞ-nin verə biləcəyi silah növləri var və onların alternativi yoxdur. Bu, PURL təşəbbüsü deyilən təşəbbüsdür. Biz iclasa başlayanda altı NATO ölkəsi bu təşəbbüsdə iştirak edirdi, lakin görüşdən sonra alyans ölkələrinin yarıdan çoxu ona qoşulmağa hazırdır", - Rutte söyləyib.

    O qeyd edib ki, ümumilikdə 19 NATO ölkəsi ABŞ-dən və ya ikitərəfli qaydada alınan yeni silahları Ukraynaya tədarük etmək niyyətini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR