AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Tehrana yeni zərbələr endirməyə başlayıb

  • + A
  • - A
  • 13-03-2026, 23:01

    İsrail Tehrana yeni zərbələr endirməyə başlayıb


    İsrail ordusu Tehrana qarşı yeni zərbələr endirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

    Məlumatda hücumların detalları barədə əlavə açıqlama verilməyib.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirir. Hücumlar nəticəsində dağıntılar və insan tələfatı olduğu bildirilir.

    Tehran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir. Məlumatlara görə, hücumlar nəticəsində İranın ali dini lideri Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxsləri həlak olub.

    Bundan əlavə, martın 2-də Hizbullah hərəkatı da münaqişəyə qoşulub. İsrail isə təşkilata qarşı hücum əməliyyatına başladığını və Livan ərazisinə daxil olduğunu açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR