AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BƏƏ-nin İraqdakı Baş Konsulluğuna yenidən hücum edildi

  • + A
  • - A
  • 14-03-2026, 20:00

    BƏƏ-nin İraqdakı Baş Konsulluğuna yenidən hücum edildi

    Birləşmiş Ərəb Əmirliklərinin İraq Kürdüstanındakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə hücuma məruz qalıb. Pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində iki təhlükəsizlik əməkdaşı yaralanıb, konsulluq binasına isə ziyan dəyib.

    Hadisə ilə bağlı BƏƏ Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Qurum hücumu regional təhlükəsizlik və sabitliyə ciddi təhdid kimi qiymətləndirib.

    Bəyanatda bildirilib ki, diplomatik nümayəndəliklərin hədəfə alınması beynəlxalq hüququn, xüsusilə də Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Qeyd olunub ki, sözügedən konvensiya diplomatik binaların və onların əməkdaşlarının tam toxunulmazlığını təmin edir.

    BƏƏ həmçinin İraq hökumətini və Kürdüstan Regional Hökumətini insidentin səbəblərini araşdırmağa, hücuma görə məsul şəxsləri müəyyənləşdirməyə və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.

    Rəsmi açıqlamada vurğulanıb ki, ölkənin təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş bu cür hücumlar qəbuledilməzdir və diplomatik nümayəndəliklərin, onların binalarının və əməkdaşlarının beynəlxalq hüquqa uyğun şəkildə qorunması zəruridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR