TRAMP YENİDƏN QRENLANDİYA MÖVZUSUNU GÜNDƏMƏ GƏTİRİB

ABŞ prezidenti Donald Trump yenidən NATO və Qrenlandiya ilə bağlı sərt açıqlama verib.
O bildirib ki, NATO ABŞ-ın ehtiyac duyduğu vaxt yanında olmayıb və gələcəkdə də belə vəziyyətin təkrarlana biləcəyini istisna etməyib.
“NATO bizə lazım olanda yanımızda deyildi və yenidən lazım olsa, yenə də olmayacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti sosial şəbəkə paylaşımında Qrenlandiyanı da xatırladaraq belə yazıb:
“Qrenlandiyanı xatırlayın – bu, nəhəng və pis idarə olunan buz parçasıdır!!!”
Qeyd edək ki, Trampın Danimarkanın tərkibində muxtariyyət statusuna malik olan Qrenlandiya ilə bağlı əvvəlki bəyanatları NATO daxilində fikir ayrılıqlarına səbəb olmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.