AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan Madyarı təbrik etdi

  • + A
  • - A
  • 14-04-2026, 20:00

    Ərdoğan Madyarı təbrik etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda keçirilən seçkilərdə qələbə qazanaraq Baş nazir seçilən Peter Madyar ilə telefonla danışıb.

    Telefon danışığı zamanı Türkiyə-Macarıstan münasibətlərinin gələcəyi, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Ərdoğan həmkarını qazandığı uğur münasibətilə təbrik edərək, iki ölkə arasındakı bağların ortaq tarix və mədəniyyətə söykəndiyini vurğulayıb. O, yeni dövrdə Ankara və Budapeşt arasındakı əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq platformalarda daha da möhkəmlənəcəyinə inandığını bildirib. Həmçinin strateji tərəfdaşlığın dərinləşdirilməsi arzusu ifadə olunub, eyni zamanda NATO çərçivəsində müttəfiqliyin regional və qlobal sülhə verdiyi töhfələr qeyd edilib.

    Xatırladaq ki, Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası aprelin 12-də keçirilən seçkilərdə Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyaraq parlamentdə mütləq çoxluq qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR