AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hörmüz boğazında 6 gəminin çıxışı bloklanıb

  • + A
  • - A
  • 14-04-2026, 22:21

    Hörmüz boğazında 6 gəminin çıxışı bloklanıb

    ABŞ Silahlı Qüvvələri bildirib ki, İran ətrafında həyata keçirilən dəniz blokadasının ilk 24 saatı ərzində altı gəminin limanlardan çıxışı dayandırılıb. Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

    Qeyd olunub ki, əməliyyatda 10 mindən çox hərbçi, ondan artıq hərbi gəmi və onlarla təyyarə iştirak edir.

    Məlumata görə, ilk sutka ərzində heç bir gəmi blokadanı yarmağa nail olmayıb. Altı ticarət gəmisinə geri dönmək əmri verilib və onlar Oman körfəzi sahillərində yerləşən İran limanlarına qayıdıblar.

    CENTCOM bildirib ki, blokada İranın Fars körfəzi və Oman körfəzində yerləşən bütün limanlarına şamil edilir və bütün ölkələrin gəmilərinə eyni qaydada tətbiq olunur.

    Bununla belə, beynəlxalq media (AFP) fərqli məlumat yayıb. Gəmi hərəkətlərini izləyən Kpler şirkətinin məlumatına görə, ən azı iki gəmi İran limanlarından çıxaraq Hörmüz boğazı vasitəsilə keçid edib.

    Xatırladaq ki, İran tərəfi ABŞ və İsrailin 28 fevralda başlatdığı hava hücumlarından sonra boğaz üzərində nəzarəti gücləndirib. ABŞ isə danışıqların uğursuzluğundan sonra blokada tətbiq etdiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR