AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şrilankada 22 rahib narkotik qaçaqmalçılığına görə saxlanılıb

  • + A
  • - A
  • Bu gün, 16:26

    Şrilankada 22 rahib narkotik qaçaqmalçılığına görə saxlanılıb

    Şri-Lankada hava limanında rekord həcmdə narkotik müsadirə edilib

    Şri-Lankada hüquq-mühafizə orqanları paytaxt Kolombonun şimalında yerləşən Bandaranaike Beynəlxalq Hava Limanı ərazisində 22 buddist rahibi saxlayıb. Onlar 110 kiloqramdan çox narkotik maddənin qanunsuz daşınmasında ittiham olunurlar.

    Yerli Daily Mirror nəşrinin məlumatına görə, bu, hava limanının tarixində ən böyük müsadirə əməliyyatı hesab olunur. Polis tərəfindən aparılan əməliyyat zamanı rahiblərin Taylanddan gətirdiyi baqajda təxminən 112 kiloqram kannabis və həşiş aşkar edilib. Qaçaqmalın ümumi dəyərinin 1,1 milyard Şri-Lanka rupisindən (təxminən 3,45 milyon ABŞ dolları) çox olduğu bildirilir.

    Saxlanılan şəxslər bazar günü Qərb əyalətində yerləşən Negombo dairə məhkəməsinə çıxarılıblar.

    Araşdırma zamanı məlum olub ki, əməliyyatı ölkənin qərbində yerləşən bir məbəddən olan üç rahib təşkil edib. Qrupun digər 19 üzvü isə sosial şəbəkə üzərindən, xüsusilə Facebook vasitəsilə cəlb olunub. İlkin məlumata görə, yaşı 30-dan aşağı olan gənc rahiblərə pulsuz aviabiletlər, yaşayış və qida vəd edilərək aldadılıblar. Onlara daşınan yüklərin “məktəblilər üçün tədris materialları və şirniyyat” olduğu bildirilib.

    Bundan əlavə, Şri-Lanka Narkotiklərlə Mübarizə Bürosu ehtimal olunan əsas təşkilatçını Qampaha dairəsində saxlayıb. İstintaq göstərib ki, bu qrup ötən ay 12 rahibin iştirakı ilə oxşar əməliyyat həyata keçirib və yaxın vaxtlarda daha bir səfər planlaşdırırmış.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR