Tramp İranla bağlı iclas keçirəcək.

ABŞ Prezidenti Donald Tramp İrana dair mühüm təhlükəsizlik məsələlərini müzakirə etmək üçün iclas keçirəcək.
Məlumata görə, iclas bu gün baş tutacaq və əsas diqqət Iran ilə bağlı vəziyyətə yönələcək. Bu barədə ABC News məlumat yayıb.
İki amerikalı rəsminin bildirdiyinə əsasən, Donald Tramp milli təhlükəsizlik komandasında yer alan əsas şəxslərlə bir araya gələcək. Görüşdə İranla bağlı mövcud vəziyyət, mümkün risklər və ABŞ-ın gələcək addımları müzakirə olunacaq.
Qeyd edək ki, bu cür toplantılar adətən regional gərginliyin artdığı dövrlərdə keçirilir və ABŞ administrasiyasının xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.