ABŞ və Çin arasında ticarət razılaşmasının müddəti uzadılıb.

Vaşinqton və Pekin iqtisadi münasibətlərdə gərginliyin azaldılmasını nəzərdə tutan “Pusan razılaşması”nın müddətini 2027-ci il yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər.
ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, razılaşmanın müddəti noyabrın 10-da başa çatmalı idi. Tərəflərin yeni qərarı isə iqtisadi məsələlər üzrə əlavə danışıqlar aparmaq üçün daha iki ay vaxt yaradır.
2025-ci ildə Cənubi Koreyanın Pusan şəhərində əldə olunan razılaşma ABŞ və Çin arasında qarşılıqlı ticarət məhdudiyyətlərinin qismən yumşaldılmasını nəzərdə tutur.
Sənədə əsasən, Vaşinqton Çindən idxal olunan bəzi məhsullara tətbiq etdiyi tarifləri azaltmalı, Pekin isə ABŞ-a nadir torpaq metalları tədarükünün qarşısını almamalı və Amerika kənd təsərrüfatı məhsullarının alışını artırmalıdır.
ABŞ və Çin arasında ticarət münasibətlərinin gələcəyi ilə bağlı yekun razılaşmaların əldə olunması üçün tərəflərə daha bir neçə ay vaxt verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.