İrandan ABŞ-a etimadsızlıq mesajı

İran Prezidenti Məsud Pezeşkian ABŞ-a etimadın qalmadığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Pezeşkian bu fikirləri Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşü zamanı səsləndirib.
O qeyd edib ki, İran danışıqlar yolunu tamamilə bağlamayıb, lakin əvvəlki təcrübələr ABŞ-a münasibətdə etimadsızlıq yaradıb.
“İran danışıqlar masasından ayrılmayıb. Keçmiş təcrübələrə əsaslanaraq, İran artıq ABŞ-yə etibar etmir”, - deyə Pezeşkian vurğulayıb.
İran Prezidenti ölkəsinin regionda sülh və təhlükəsizliyin tərəfdarı olduğunu, xarici təzyiqlərin isə Tehranın siyasətinə təsir etməyəcəyini bildirib.
Quterreş isə siyasi və diplomatik həll yollarının tapılması üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.