Hörmüz boğazında neft tankeri atəşə tutulub

Hörmüz boğazından hərəkət edən neft tankerinə atəş açılıb.
Avropa mediasının Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən yaydığı məlumata görə, hadisə cümə axşamı axşam saatlarında baş verib.
Məlumata əsasən, tankerin göyərtəsində yanğın baş verib.
Hadisənin digər detalları, o cümlədən atəşin kim tərəfindən açıldığı barədə hələlik məlumat verilmir.
Hazırda tankerdən neft sızmasının baş verib-vermədiyi də məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.